sulduzdaki haqlar yenə səssiz itdi
her nərə yedi güllə oyandı babək !
hər qan ki damızdı yerə çəngiz bitdi.
day kəbə olub millətə təbriz hndi
layiq görünür cənnətə təbriz indi
baxmakı susub,baxma
elə susmaqla,
dünyani salıb vəhşətə təbriz indi.
hey pislediler çəngizi ,hey pislədiler
aslan yerinə tülkünü təndislədilər
qafil ki günəş bulutda dayim qalmaz,
qafil ki , ölümsüzə ölüm istədilər
شریفه جعفری (Ay dəniz)



